Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:12

Avropa İttifaqında rəhbərlik Polşaya keçir


İyulun 1-də Avropa İttifaqı Şurasında rəhbərlik altı aylıq müddət üçün Polşaya keçib

Bu məsələ iyulun 8-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyində müzakirə edilib.

Polşanın Azərbaycandakı Səfiri Mixal Labenda deyib ki, təmsil etdiyi ölkənin məqsədləri Avropa İttifaqını sürətli iqtisadi inkişaf yoluna qoymaqdır:

««Şərq Tərəfdaşlığı» proqramı üzərində çox iş görülüb. Sədrliyimiz zamanı bu proqramın düzgün istiqamətdə irəliləməsi üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, Şərq Tərəfdaşlığı Sammiti qarşılıqlı əlaqələri və Avropa İttifaqı ilə inteqrasiya prosesini daha da dərinləşdirmək üçün təkan olacaq».

Sentyabr ayında Varşavada Şərq Tərəfdaşlığı Sammiti keçiriləcək.
XS
SM
MD
LG