Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Britaniyanın ən çox satılan bulvar qəzeti nəşrini dayandırır


Britaniyanın ən çox satılan bulvar qəzeti "News of the World" ("Dünya xəbərləri") bu bazar günü son buraxılışını çap edəcək. Buna qəzetin telefonlara gizli qulaq asması ilə bağlı hay-küy səbəb olub.

Qəzetin təsisçisi Rupert Murdochun oğlu James Murdoch deyib ki, 168 yaşlı qəzetin bağlanması ilə bağlı qərarı həmkarları ilə məsləhətləşəndən sonra verib.

Qəzet etiraf edib ki, siyasətçilərin, tanınmış adamların və kral yardımçılarının telefonlarını
gizli və qanunsuz dinləyirmiş.

Son günlər isə qəzetin terrorçuların qohumlarının, hücum qurbanlarının və Əfqanıstanda öldürülən əsgərlərin ailələrinin telefonunu dinləyirmiş.

Qəzetin orta hesabla hər həftə 3 milyon nüsxəsi satılır.
XS
SM
MD
LG