Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 20:13

Abid Şərifov: “Bakının dörd bir yanı minalanıb”


“Sovet ordusu Azərbaycanı tərk edərkən çox şeylər qoyub gedib. Bunlar minalı, döyüş sursatları olan sahələrdir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov “Azərbaycanda partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi”nin bağlanış mərasimində deyib.

“Bakının dörd bir yanı minalanıb. Elə götürək Qaradağ rayonunu. Orada partladılmış hərbi bazanın ərazisində nə qədər sursat var”, - deyə A. Şərifov vurğulayıb.

Baş nazirin müavini onu da qeyd edib ki, bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ən müasir avadanlıq və texnikalardan, həmçinin işçilərin təcrübəsindən istifadə edərək bu problemin aradan qaldırılmasına çalışır.
XS
SM
MD
LG