Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 00:39

ZAUR. "Ölüm eşqiylə" (Cizgilər)


Sual verir dostum:

- Tonqala düşmüsənmi Novruzda heç?..

Cavab verirəm:

- Anadan olandan,

Tonqaldayam mən...

Hamı yaşamaq eşqiylə,

Alışıb – yanırsa,

Mən yanıram ölüm eşqindən...

Həyat özü əbədi yanan ocaqdır!

Analar atır bizi bu ocağa, analar...

Odunu insanlardan olan

Həyat tonqalı yandırır əbədi bizi...

Sən də, qorxma yanmaqdan, ey dost,

həyat tonqalında...

Qorxma,

Bu ocaq sönməyəcək,

Səni də, məni də

Öldürəcək...

Amma sönməyəcək.

Yanacaq, yanacaq bu ocaq,

Nə qədər ki, doğulur insanlar,

Nə qədər ki içinə atılacaq insan adlı odunlar var

Bu ocaq da sönməyəcək.

Yanacaq...yanacaq -

Bizi küllüklər xatırladıb,

Kül olasılar anacaq...


19 İyun 2011,
Bakı şəhəri.
XS
SM
MD
LG