Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

Tofiq Bəhramov adına respublika stadionunun üstü bağlanacaq


Tofiq Bəhramov adına respublika stadionunun üstü bağlanacaq. Bunu Mediaforum saytına stadionun direktoru Akif İsmayılov deyib. Stadionun təmir və yenidən qurulmasına bu ilin oktyabrından başlanacağını deyən direktotun sözlərinə görə, hər şey yenidən qurulacaq:

«Stadionun üstü bağlanacaq, kreslolar və ot örtüyü yenilənəcək, soyunub-geyinmə otaqları, stadionun giriş hissəsi tamamilə dəyişəcək. Stadionun asfalt örtüyü də təzələnəcək, uşaqlar üçün futbol meydançası isə təmir olunacaq».

İyulun 6-da prezident İlham Əliyev stadionun əsaslı təmiri və yenidən qurulması üçün Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayrılması barədə sərancam imzalayıb.

Direktor stadiona 10 milyon manat vəsait ayrılmasının «Eurovision -2012» mahnı yarışmasına hazırlıqla bağlı olması barədə səsələnən ehtimalları təkzib edib.
XS
SM
MD
LG