Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 16:02

600-ə yaxın əlil istirahətə göndərilir


600-ə yaxın əlil vətəndaşın dövlət hesabına istirahətə göndərilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər hər biri 72 nəfər əlildən ibarət 3 qrup xüsusi avtobuslarla Xaçmaz rayonundakı Nabran istirahət zonasına yola salınıb.

İstirahətə göndərilənlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlar, 20 Yanvar, Çernobıl və hərbi xidmət əlilləridir.

Ümumilikdə nazirliyin xətti ilə bu yay 600-ə yaxın əlil vətəndaşın istirahətə göndərilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG