Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

«Associated Press»in Gürcüstanda saxlanan müxbiri buraxılıb


«Associated Press»in Qafqaz üzrə fotomüxbiri Şax Ayvazov
«Associated Press»in Qafqaz üzrə fotomüxbiri Şax Ayvazov

Bu gün Gürcüstanda polis tərəfindən saxlanılan «Associated Press»in Qafqaz üzrə fotomüxbiri Şax Ayvazovun (Shakh Aivazov) sərbəst buraxılıb.

Jurnalsitlərə verdiyi qısa açıqlamada Şax Ayvazov şahid qismində ifadə verdiyini deyib. O deyib ki, saxlanılan digər şəxslərlə bağlı məlumata malik deyil. Şax Ayvazov jurnalistlərin suallarını ətraflı cavablandırmaqdan imtina edib.

SAAKAŞVİLİNİN FOTOQRAFI SAXLANILIB

Hüquq mühafizə orqanları Gürcüstan prezidenti Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenidze və onun həyat yoldaşı Natia Gedenidzeni saxlayıb.


«Грузия Online» saytı «ПирWели» agentliyinə istinadən bildirir ki, Gedenidzelər dünən saxlanılıb. Xəbəri İrakli Gedenidzenin anası Marina Andguladze «IPN» agentliyinə təsdiqləyib. “Ancaq onlar niyə saxlanıb, bilmirəm. Təkcə onu bilirəm ki, İrakli ilə Natia saxlanılıb”.

«Associated Press»in Gürcüstandakı fotomüxbiri Şax Ayvazovun (Shakh Aivazov) da saxlanması xəbəri verilir. Bundan başqa Gürcüstanın Xarici İşlər Nazirliyinin fotoqrafı Georgi Abdaldzenin və fotoreportyor Zurab Kurçikidzenin (European Pressphoto Agency) də saxlanması haqqında məlumatlar var.

Fotoqrafların saxlanma səbəbləri məlum deyil. Gürcüstan daxili işlər nazirliyi saxlanmalar haqqında heç bir şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG