Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Saakaşvilinin fotoqrafı saxlanılıb


Hüquq mühafizə orqanları Gürcüstan prezidenti Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenidze və onun həyat yoldaşı Natia Gedenidzeni saxlayıb.

«Грузия Online» saytı «ПирWели» agentliyinə istinadən bildirir ki, Gedenidzelər dünən saxlanılıb. Xəbəri İrakli Gedenidzenin anası Marina Andguladze «IPN» agentliyinə təsdiqləyib. “Ancaq onlar niyə saxlanıb, bilmirəm. Təkcə onu bilirəm ki, İrakli ilə Natia saxlanılıb”.

“Associated Press”in Gürcüstandakı fotomüxbiri Şax Ayvazovun da saxlanması xəbəri verilir. Bundan başqa Gürcüstanın Xarici İşlər Nazirliyinin fotoqrafı Georgi Abdaldzenin və fotoreportyor Zurab Kurçikidzenin də saxlanması haqqında məlumatlar var.

Fotoqrafların saxlanma səbəbləri məlum deyil. Gürcüstan daxili işlər nazirliyi saxlanmalar haqqında heç bir şərh verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG