Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Səfir Azərbaycan təyyarəsini «Taliban»ın vurmasını istisna etmir


İL-76
İL-76
««Taliban» deyir ki, Azərbaycan təyyarəsi hərəkatın üzvləri tərəfindən vurulub».

Bunu «Trend»ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.

Səfir bildirib ki, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil:

«Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib».

Bakı-Baqram marşrutu ilə hərəkət edən və iyulun 5-i saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarədə Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

NƏZƏR YETİR

AZƏRBAYCANIN YÜK TƏYYARƏSİ ƏFQANISTANDA QƏZAYA UĞRAYIB
XS
SM
MD
LG