Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Liviya üsyançıları daha 1 kəndi ələ keçiriblər


Liviya üsyançıları paytaxt Tripolinin təxminən 100 kilometrliyində yerləşən Gualish kəndini ələ keçirib.

Bu gənd paytaxta gedən əsas yolun üstündəki Garyan şəhərinin yaxınlığında yerləşir.

Üsyançılar bir neçə əsgərin ələ keçirildiyini deyirlər.

Fevraldan bu yana Liviyada Gaddafi rejiminə qarşı qiyam qaldırılıb.

NATO-nun baş katibi Andres Fogh Rasmussen bu arada Muammar Qaddafinin istefaya getməsinin mümkünlüyüylə bağlı onda elə bir məlumat olmadığını bəyan edib.

Həmçinin Liviya rəsmiləri bundan əvvəl Qaddafinin istefa məsələsini götür-qoy etməsilə bağlı Rusiya kütləvi informasiya vasitələrinin məlumatrını təkzib ediblər.
XS
SM
MD
LG