Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:31

Qafqaz Müsəlmanları İdarəsinin xaricdə bölmələri yaradılacaq


Azerbaijan – Taza Pir Mosque in Baku, 22Jun2010
Azerbaijan – Taza Pir Mosque in Baku, 22Jun2010

Digər ölkələrdəki azərbaycanlıların dinə tələbatını ödəyəcək bu nümayəndəliklərin xərcini Azərbaycan hökuməti çəkəcək



Azərbaycan hökuməti bir sıra xarici ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin bölmələrini yaratmağı planlaşdırır. Bu haqda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib.

H.Orucov diaspor təşkilatlarının rəhbərləri ilə görüşdə bildirib ki, bu məsələ “Dini etiqad azadlığı” haqqında qanuna edilən dəyişikliklərin qüvvəyə minməsi haqqında prezidentin 4 iyul tarixli fərmanında da yer alıb. Komitə sədrinin sözlərinə görə, xarici bölmələrin yaradılması ilə bağlı xərci Azərbaycan hökuməti öz üzərinə götürəcək:

“Bu, Azərbaycan hökumətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların qayğısına qaldığının göstəricisidir”.

Hidayət Orucov Azərbaycanda hökm sürən tolerantlığın digər ölkələrdə üçün nümunə ola biləcəyini deyib:

“Azərbaycan dünyaya yalnız neft və qaz ixrac etmir, həm də tolerantlıq nümunəsini nümayiş etdirir”.

Qafqaz Müsəlamnları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da məlumatı təsdiqləyib:

“İndiyə qədər idarə Qafqaz məkanında bir neçə yerdə nümayəndəlik açmışdı. Bundan sonra isə azərbaycanlıların sıx yaşadığı dünyanın istənilən ölkəsində soydaşlarımızın dini tələbatının ödənilməsi məqsədilə nümayəndəlik açıla bilər”.

R. Dadaşova prezidentin imzaladığı fərmanla əlaqədar müvafiq icra mexanizminin hazırlanacağını da bildirib.

Qeyd edək ki, prezidentin iyulun 4-də imzaladığı fərmana əsasən, dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsi, o cümlədən QMİ-nin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsi nəzərdə tutulub.

Həmçinin, xaricdə yaşayan azərbaycanlıların dini tələbatının ödənilməsi məqsədilə QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaratması təklif edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG