Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

Rövşən Kəbirli Mehriban Əliyevaya müraciət edib


Rövşən Kəbirli
Rövşən Kəbirli
«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya açıq məktub yazıb.

Məktubunun prezidentə ünvanlanmamasını isə o, belə izah edir:

«Məktubumun şəxsən ölkə başçısına çatması ehtimalı sıfıra bərabərdir. Çünki yəqin Sizə də sirr deyil ki, prezident ölkəni cəmiyyətlə birbaşa təmasdan məhrum vəziyyətdə idarə edir».

R. Kəbirli məktubunda 20 illik tarixə malik, maliyyə çətinliyindən nəşrində fasilə yaranan «Müxalifət» qəzetinin dövlətin ayırdığı yardımlardan kənarda qalmasından, jurnalistlərin, o cümlədən özünün evsizlik problemindən şikayətlənir:

«5 nəfərdən ibarət ailəmlə birlikdə 2-ci Alatavada yaxın qohumumun sığınacaq kimi verdiyi 14 kv m-lik «gecəqonduda» yaşayırıq… Həyat yoldaşım əslən Ermənistandan qaçqın düşən ailədəndir. O, 9-10 il əvvəl indi Sizin adınızla tikanlı məftillə hasarlanmış Xocahəsən gölü ətrafında 3-4 sot torpaq sahəsinə xırda daşlar düzərək haçansa burda ev tikdirməyimizi istəyirdi. İndi o böyük ərazi Sizin mülk kimi təqdim olunaraq güclü mühafizə olunur...».

Müraciətin sonunda isə qeyd olunur ki, bu müraciət yanvarın 6-da rəsmi məktubla Heydər Əliyev Fondunun ünvanına göndərilib. Ancaq üstündən 6 ay keçməsinə baxmayaraq, müraciətə hər hansı reaksiya verilməyib.
XS
SM
MD
LG