İ. ƏLİYEV: «ÖLKƏMİZ DEMOKRATİK ƏSASLARLA İDARƏ OLUNUR»
«Müasir, müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir», - deyə «Yeni Azərbaycan» qəzeti yazır.
Dünya azərbaycanlılarının 3-cü qurultayındakı çıxışında prezident İlham Əliyev deyib:
«Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir…».
72 YAŞLI ABİTURİYENT NƏDƏN GİLEYLƏNİR?
«Bizim Yol» qəzeti TQDK-nın 3-cü qrup üzrə qəbul imtahanında iştirak edən ən yaşlı 72 yaşlı abituriyentdən - Ramiz Həsənovdan müsahibə alıb. Yaşlı abituriyent həm Boloniya sisteminin ləğvini istəyir, həm də sualların çətinliyindən gileylənib. Dediyinə görə, abituriyent olmaq istəyi TQDK rəhbəri Məleykə Abbaszadənin çıxışından sonra yaranıb. Özünü indiki şəraitdə sınamaq üçün qəbul imtahanına qoşulub:
«Üçüncü qrupun riyaziyyat fənnindən olan suallar sadə deyil. O gileylənir ki, hər il imtahanın sualları daha da qəlizləşir. Suallara cavab vermək üçün ən azı orta məktəbi «4», «5» qiymətləri ilə bitirmək lazımdır. O uşaqlar 700 bal yığmayacaqlar, heç 600 bal da toplamayacaqlar. Orada fikir verdim ki, bir neçə sualın cavabı düz deyil. Biri soruşdu ki, nə qədər bal toplamısan? Dedim, Stalin deyirdi ki, «Seçkidə camaat nə qədər səs veribsə, o önəmli deyil. Önəmli olan onu kimin hesablamasıdır». İndi mənim balım da onun kimi. Necə hesablayırlarsa, o cür də olacaq».
«XUTOR»U KÖÇÜRÜRLƏR
«İlham Əliyev üçün tikilən yeni iqamətgah Rəsulzadə qəsəbəsini (köhnə Xutor) xarabalığa çevirir. Ərazidə yaşayan sakinlərə rəsmi məktub göndərilməsə də, tikinti şirkətlərinin nümayəndələri, Nəqliyyat Nazirliyinin təmsilçiləri, bir sözlə, söküntü-tikinti işlərinə məsul olan şəxslər qapı-qapı gəzərək evləri və obyektləri siyahıya alırlar», - deyə «Azadlıq» qəzeti qeyd edir.
Qəzet yazır ki, keçmiş Karl Marks heykəlindən 3-cü mikrorayon dairəsinə qədər uzanan yolu enlətmək adıyla həmin yolun ətrafında yerləşən evlərin sökülməsi də planın tərkib hissəsidir:
«Yaxın zaman kəsiyində yolun 10-15 metrliyində olan evlər söküləcək».