Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Liviya hökuməti: “Muammar Qaddafinin səlahiyyətini ötürməyə razılaşması ilə bağlı yaydığı xəbərlər yanlışdır”

Liviya rəsmiləri Rusiya mətbuatının Muammar Qaddafinin səlahiyyətlərini verməyə razılaşması və xaricdə sığınacaq axtarması ilə bağlı yaydığı məlumatları təkzib edib. Liviya hökumətinin sözçüsü Moussa İbrahim "Reuters"ə deyib ki, Rusiyanın "Kommunist" qəzeti yanlış informasiya yayıb.

İbrahimin sözlərinə görə, "Qaddafi tarixi simvoldur və liviyalılar onu müdafiə etmək üçün ölümə belə hazırdır".

Bu ərəfədə Qaddafi qüvvələri üsyançılarda olan Misrata şəhərinə bomba yağdırıb, nəticədə 11 üsyançının öldürüldüyü, 40-dan çox yaralının olduğu deyilir.
This item is part of
XS
SM
MD
LG