Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrinə III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin ixtisas seçimində iştirak üçün tələb olunan minimal balı aşağı salıb. Bunu Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, III qrup abituriyentlərinin ixtisas seçimində iştirak üçün tələb olunan minimal bal əvvəl 300 nəzərdə tutulmuşdu, lakin müsabiqə vəziyyəti nisbətən aşağı olduğu üçün keçid balı 300-dən 250-yə endirilib. İxtisas seçimində iştirak üçün abituriyentlərin hər bir imtahan fənni üzrə topladığı nisbi bal 10-dan az olmamalıdır.
Bütün ixtisas qrupları üzrə abituriyentlər qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
I
Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.