Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barədə hökmünü iyulun 6-da elan edəcək

İyulun 5-də Gəncə Apellyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Apellyasiya şikayəti Gəncə şəhər Nizami rayon Məhkəməsinin onun 2 il azadlıqdan məhrum edilməsi qərarındandır.

Müdafiə tərəfi Bəxtiyar Hacıyev haqqındakı həbs-qətimkan tədbirinin dəyişdirilərək onun zaminə buraxılmasını istəyir.

Apellyasiya Məhkəməsi hökmünü iyulun 6-da elan edəcək.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi ilə ittiham olunur. Mayın 18-də Gəncənin Nizami rayon Məhkəməsi onun barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.
This item is part of
XS
SM
MD
LG