Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Bir aylığına müsəlman ol


"Bir aylığına müsəlman" kampaniyasının saytı
"Bir aylığına müsəlman" kampaniyasının saytı

İstanbulda xaricilərə İslamı öyrədirlər


Türkiyədə ictimai qurumlardan biri “Bir aylığına müsəlman ol” adlı aksiya keçirir. Kampaniyanın məqsədi ölkədə yaşayan qeyri-müsəlmanları, həmçinin çoxsaylı turistləri İslam ənənələri və müsəlmanların həyatı ilə tanış etməkdir.

Aksiya iştirakçıları müsəlman olmasalar da, bir ay ərzində İslamın vacib bildiyi əməlləri yerinə yetirirlər: gündə 5 dəfə namaz qılır, dəstəmaz alır, oruc tutur, spirtli içki və donuz ətini yemirlər.

Aksiya iştirakçıları arasında olan ABŞ vətəndaşı Barbara Teylor BBC-yə açıqlamasında deyib ki, o, İslam dininin mahiyyətini anlamaq istəyir:

“Türkiyə bu proqramı həyata keçirmək üçün ən sərfəli ölkədir. Biz artıq sufizm haqqında məlumat almışıq, Cəlaləddin Ruminin kim olduğunu öyrənmişik. Həmçinin türk və İslam mədəniyyəti ilə tanış ola bilirik. İnanıram ki, vətənimə qayıdandan sonra müsəlmanlara qarşı daha dözümlü olacağam”.

Aksiyada həmçinin Böyük Britaniya və Hindistan vətəndaşları da iştirak edir. Bu proqram haqqında dünyanın bir çox ölkələrinin media orqanlarında elanlar yayılıb, İstanbulda İslamı öyrənmək istəyənlərin müraciətləri qəbul edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG