Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

İ.Əliyev: "Azərbaycanın inkişaf yolu Heydər Əliyevin adı ilə bağlıdır"


“Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir”.

Bu sözləri prezident İlham Əliyev iyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı deyib.

Son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayan dövlət başçısı bunun mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Prezident İ. Əliyev son yeddi il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə böyüdüyünü, ümumi daxil məhsulun 300 faiz artdığını, həyata keçirilən proqramlar nəticəsində yoxsulluğun səviyyəsinin 5 dəfə azaldığını deyib.

Prezident çıxışında Azərbaycanın bölgədəki proseslərə təsirinin getdiksə artdığını, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil etdiyini deyib.

Prezident vurğulayıb ki, Azərbaycan indiyədək nə xarici, nə daxili siyasətdə səhvlərə yol verib, etibarlı tərəfdaş kimi tanınıb. /APA/
XS
SM
MD
LG