Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 06:21

Eşşək arabasındakı kəndli heykəli uçurdulub


Eşşək arabasındakı kəndli heykəli uçurdulub
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Şamaxı şəhərinin girişində yol kənarına qoyulan eşşək arabasındakı kəndli heykəli uçurdulub. Şamaxı sakinləri heykəli təhqir kimi qiymətləndirirlər.

İyulun 4-də Şamaxı şəhərinin girişində yol kənarına qoyulan eşşək arabasındakı kəndli heykəli uçurdulub.

Şamaxı rayon polisindən AzadlıqRadiosuna bildirilib ki, heykəl təsadüfən uçurdulub. Polisin deməsinə görə, «Kamaz» maşınının sürücüsü təsadüfən heykələ toxunub. Polis hadisəni törədənin – «Kamaz» sürücüsünün saxladığını da təsdiq edib.

Müxalif mətbuat isə yazır ki, yerli əhali heykəl kompozisiyasını Şamaxıda «eşşəyə heykəl qoyulması kimi» qiymətləndirib və bunu təhqir sayıb. Mətbuat heykəlin qəsdən dağıdıldığını yazır.


Şamaxı rayon İcra Hakimiyyətinin rəsmisi Ağamustafa Vahidov isə bir neçə gün əvvəl AzadlıqRadiosuna demişdi ki, Həmyə kəndinə gedən yolda qoyulan heykəl qədimliyi tərənnüm edir və burda hansısa məna axtarmağın özü mənasızdır.

DİN: «SÜRÜCÜ SƏRBƏST BURAXILIB»

DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna deyib, iyulun 4-də Şamaxı polisinə məlumat daxil olub ki, abidə bir «Kamaz» maşını tərəfindən dağıdılıb. Polis araşdırma aparıb və sürücünün şəxsiyyətini müəyyənləşdirib. Ehsan Zahidov deyir ki, sürücünü polisə gətirən zaman o, müqavimət göstərib, şöbədə isə pəncərə şüşələrini qırıb: «Buna görə də iş rayon prokurorluğuna verilib. Sürücüdən isə izahat alınıb və o sərbəst buraxılıb».

Şərhlər (16)

Bu forum dayandırılıb
XS
SM
MD
LG