Keçid linkləri

2026, 08 May, cümə, Bakı vaxtı 18:39

Azərbaycan-İran sərhədində atışma baş verib

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
Dövlət sərhədinin pozulmasının qarşısı alınıb
İyulun 3-də saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi ərazisində silahlı şəxslər İrandan sərhədi qanunsuz keçməyə cəhd ediblər.

Məlumatı Dövlət Sərhəd Xidməti yayıb.

Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Rüfət Quliyev ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda keçinib.

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

Baş vermiş hadisə ilə əlaqədar əməliyyat-istintaq tədbirləri aparılır.
XS
SM
MD
LG