Keçid linkləri

2026, 13 Mart, Cümə, Bakı vaxtı 10:28

Ramiz Rövşən. Çıxır

Ələ qələm alan kimi,
Sətirlər qaralan kimi,
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır.

Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.

Küsən çox şair sözündən,
Öpən yox şair gözündən,
Şeirin astarı üzündən
Baha çıxır, baha çıxır...
XS
SM
MD
LG