Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 03:43

Ramiz Rövşən. Dünya mənə tanış gəlir

Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.

Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.

Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi -
Dünya mənə tanış gəlir.
XS
SM
MD
LG