Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 12:37

Ramiz Rövşən. Yaylığını yel aparır

Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmirəm,
Qoyma məni tər aparır.

Yuyundum, tərdə yuyundum,
Axır yoruldum oturdum,
Qayıtdım, gördüm toyundur,
Gördüm səni ər aparır.

Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni yer aparır...
XS
SM
MD
LG