Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:58

Vaşinqtonda İsrail-Fələstin münaqişəsi müzakirə olunacaq


İyulun 11-də Vaşinqtonda İsrail-Fələstin münaqişəsinin müzakirəsi gözlənilir.

Danışıqlarda Yaxın Şərq sülh prosesinə vasitəçilik edən ABŞ dövlət katibi Hillary Clinton, , BMT-nin baş katibi Ban Ki Moon, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherin Ashton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.

Bunu jurnalistlərə adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib.

İsrail işğal etdiyi Fələstin ərazilərində tikinti işlərini dayandırmaqdan imtina etdiyinə görə İsrail-Fələstin sülh danışıqları ötən ilin sentyabrından pozulub.
XS
SM
MD
LG