Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:45

Taylandda keçirilən seçkilərdə müxalifət irəlidə gedir


Ekzit-polun nəticələrinə görə, Tailandda keçirilən parlament seçkilərində müxalifətdə olan “Tailand üçün” partiyası irəlidə gedir.

Bu partiyaya 2006-cı ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmış keçmiş baş nazir Taksin Çinavatranın (Thaksin Shinawatra) bacısı Yinqlak Çinavatra (Yingluck Shinawatra) rəhbərlik edir.

Seçkinin ilkin nəticələrinin bu gün axşam bəlli olacağı gözlənilir.

Bu ötən il müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarından sonra ölkədə keçirilən ilk seçkidir.

Həmin vaxt nümayişçilərlə polis arasında baş vermiş toqquşmalar 90 adamın ölümü, təxminən 2 min nəfərinsə yaralanmasıyla nəticələndi.
XS
SM
MD
LG