Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

Avstraliyada qadınlar da orduya çağrıla bilər


Avstraliya ordusu dünyada kişi və qadınlara fərq qoymayan ilk ordu ola bilər.

Associated Press agentliyinin məlumatına görə, Avstraliya hökuməti yaxın həftələrdə orduda xidmət etmək istəyən qadınlara qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasıyla bağlı qanun layihəsinə baxacaq.

Söhbət təkcə administrativ yox, eyni zamanda köməkçi və hərbi hissələrdən gedir.

Amma bu islahata qarşı çıxanlar hesab edirlər ki, qadınların hərbi əməliyyatlarda iştirakı ağır itkilərə səbəb ola bilər.
XS
SM
MD
LG