Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 19:12

Taylandda parlament seçkisi keçirilir

Bazar günü Tailandda parlament seçkiləri keçirilir.

Bu ötən il müxalifətin keçirdiyi kütləvi etiraz aksiyalarından sonra ölkədə keçirilən ilk seçkidir.

Həmin vaxt nümayişçilərlə polis arasında baş vermiş toqquşmalar 90 adamın ölümü, təxminən 2 min nəfərinsə yaralanmasıyla nəticələndi.

Tailandda 47 min adamın səsvermə hüququ var.

Onlar 500 deputat seçməlidirlər.

Seçkiyə görə ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib, seçki məntəqələrini 170 minə yaxın polis qoruyur.
This item is part of
XS
SM
MD
LG