Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Suriyanın Hama şəhərində yarım milyonluq nümayiş keçirilib


Suriya prezidenti Bashar Assad cümə günü kütləvi nümayiş keçirilmiş Hama şəhərinin qubernatorunu işdən azad edib.

Məlumatlara görə nümayişdə 500 minədək adam iştirak edib.

Hüquq müdafiəçiləri ümumilikdə dünən ölkədə 1 qadın da daxil olmaqla 28 mülki sakinin öldürüldüyünü deyirlər.

Onlardan 16-sı İqlib əyalətində nümayişçilər atəşə tutularkən ölüb.

Qalanları isə paytaxt Dəməşq, Homs və digər şəhərlərdə öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Hüquq müdafiəçiləri bu müddət ərzində 1400-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG