Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Bəhreyndə hakimiyyətlə müxalifət dialoqa başlayıb


Bəhreyndə hökumət və müxalifət nümayəndələri siyasi böhrandan çıxış yollarını müzakirə edirlər.

Müzakirələrdə ölkədə ən böyük müxalifət qüvvəsi hesab olunan şiələrin əl Vifaq partiyası iştirak edir.

Bu ilin fevral-martında Bəhreyndə siyasi islahatlar tələbilə keçirilən kütləvi nümayişlərdə 30-a yaxın adam öldü.

Bundan başqa yüzlərlə müxalifətçi hazırda həbsdədir.

Kral Hamid bin İsa al Khalifa nümayişçilərə qarşı güc tətbiq edilməsinin araşdırılmasını göstəriş verib.

Əhalisinin çoxu şiələr olan Bəhreyni sünni azlığı idarə edir.
XS
SM
MD
LG