NAZİRİN «DƏRNƏGÜL LAYİHƏSİ»
«Azadlıq» qəzeti yazır ki, yenicə açılmış «Dərnəgül» metrostansiyasının yaxınlığındakı ərazidə təmizləmə işləri aparılacaq. Orada yerləşən ayrı-ayrı iş adamlarına və dövlət qurumlarına məxsus bazalar söküləcək. Həmçinin, ərazidəki «Asfaltzavod» da başqa yerə köçürüləcək:
«Məlumatlara görə, həmin ərazidə şəhərcik salınması planlaşdırılır. Tikinti işlərinin əhəmiyyətli hissəsini «Z.Q.A.N Holdinq» görəcək. Lakin «Azinko» şirkətinə müəyyən qədər pay veriləcəyi deyilir».
Qəzet iddia edir ki, «Z.Q.A.N» Nəqliyyat naziri Ziya Məmmədova, «Azinko» isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsusdur.
AZƏRBAYCANIN TURİZM MƏKANLARINDA ONA GÖRƏ BAHAÇILIQDIR Kİ...
«Bizim Yol» qəzeti Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən müsahibə alıb. H. Rəcəbli deyir ki, Antalya kurortları ilə müqayisədə Azərbaycandakı turizm məkanları bahadır, səbəb də odur ki:
«Antalyada turizm mövsümü, turizm biznesi beş ay müddəti əhatə edir, bizdə isə cəmi iki ay, iki ay yarım olur... Bu gün Qəbələdə, Qubada, İsmayıllıda, Lerikdə, Lənkəranda və digər bölgələrimizdə olan turizm, istirahət məkanlarının şəraiti, servis xidmətinin keyfiyyəti heç də xaricdəkilərdən geri qalmır. Antalyada və digər xarici turizm məkanlarında nisbətən ona görə ucuzluqdur ki, orada turizm biznesinə embarqo qoyulmur. Əksinə, imkan yaradılır ki, kimin nəyi varsa, gətirib ora qoysun, həm özü qazansın, həm də turizmi inkişaf etdirsin. Orada turizm məkanlarını çox zaman vergilərdən azad edirlər, digər səviyyələrdə dəstək verirlər. Düşünürəm ki, bizdə də bu məsələlər reallaşdırılmalıdır, müvafiq qurumlar bu işə dəstək verməlidirlər…».
«RADİKAL MÜXALİFƏT İLLƏRDİR Kİ, BOŞ HAY-KÜY SALIR»
«Mənim bir nazir kimi prinsipial mövqeyim ondan ibarətdir ki, polisin fəaliyyəti şəffaf, cəmiyyət üçün açıq və sosial yönümlü olmalıdır».
Bunu daxili işlər orqanlarının yaranmasının 93-cü ili ilə əlaqədar «Azərbaycan» qəzetinə müsahibəsində Daxili İşlər naziri Ramil Usubov deyib.
Nazir bir sıra məsələlərlə yanaşı, müxalifətin etiraz aksiyalarına da münasibətini açıqlayıb:
«Radikal müxalifət partiyalarının son aylarda paytaxtın müxtəlif yerlərində ictimai asayişi pozmağa cəhdləri əslində, xuliqanlıq hərəkətləri və siyasi avantüradır. Belələri hər dəfə ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, nəqliyyatın normal fəaliyyətini pozur, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərirlər. Radikal müxalifət illərdir ki, boş hay-küy salır, 1988-1993-cü ilin eyforiyasından hələ də azad ola bilmir, gerçəkliyi heç cür qəbul etmək istəmir. Reallıq isə onların hər seçkidə üzləşdikləri sarsıdıcı məğlubiyyət, ictimai dəstəyi tamamilə itirmələridir…».