Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Honkonqda 228 nümayişçi həbs olunub


Cümə günü Honkonqda hökumətin yeritdiyi siyasət və daşınmaz əmlakın bahalaşmasına etiraz olaraq kütləvi nümayiş keçirilib.

228 aksiyaçının həbs olunduğu xəbər verilir.

Onlar icazəsiz aksiya keçirməkdə və nəqliyyatın hərəkətini pozmaqda ittiham olunurlar.

Təşkilatçıların sözlərinə görə, Konkonqun Çinə qaytarılmasının 14-cü ildönümündə keçirilən aksiyada 200 mindən artıq adam iştirak edib.

1842-ci ildə Böyük Britaniya tərəfindən zəbt edilmiş Honkonq, 1997-ci ilədək onun müstəmləkəsi olub.

Müşahidəçilər dünənki nümayişin son 7 ildə ən böyük aksiya olduğunu deyirlər.
XS
SM
MD
LG