Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Azərbaycanda ən populyar maşınlar «Jiquli» və «Mercedes»dir


Xarici avtomobil markaları arasında ən populyarı «Mercedes»dir
Xarici avtomobil markaları arasında ən populyarı «Mercedes»dir
Azərbaycanda 407.4 min müxtəlif modifikasiyalı «Jiquli» avtomobili var.

Bu barədə «Turan»a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar ayının əvvəlinə Azərbaycanda 815 683 müxtəlif markalı avtomobil var idi.

Ötən il minik avtomobillərinin sayı 56.5 min ədəd artıb.

Onların arasında ən populyarı «VAZ-2101», «VAZ-2103» və «VAZ-2106»dır.

Xarici avtomobil markaları arasında ən populyarı «Mercedes»dir. 2010-cu ildə bu avtomobillərin sayı 10.3 min artıb və 109 176 minə çatıb.

Azərbaycanda «Infiniti», «Lexus», «Porsche», «Lincoln», «Cadillac», «Alfa Romeo», «Jaguar», «Land Rover» kimi bahalı avtomobillər də az deyil.
XS
SM
MD
LG