Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:57

Strauss-Kahn girovsuz azad olundu


Dominique Strauss-Kahnın xanımı Anne Sinclair ərinə qarşı seksual təcvüz ittihamları başlayan gündən onunla birlikdə hərəkət edir, iyulun 1-də məhkəməyə də birgə gəliblər.
Dominique Strauss-Kahnın xanımı Anne Sinclair ərinə qarşı seksual təcvüz ittihamları başlayan gündən onunla birlikdə hərəkət edir, iyulun 1-də məhkəməyə də birgə gəliblər.

New York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Strauss-Kahnı girovsuz azad etdi. Bununla da onun ev dustaqlığına son qoyuldu.

Strauss-Kahnın verdiyi 1 milyon dollar girov və 5 milyon dollarlıq istiqrazlar onun özünə qaytarılır.

İyulun 1-də keçirilən məhkəmə Strauss-Kahnın girov şərtlərinin dəyişdirilməsi məsələsinə baxırdı.

Növbəti məhkəmə iclası iyulun 18-də olacaq.

Prokurorlar deyiblər ki, Straus-Kahnı seksual təcavüzdə günahlandıran qadının özünə etimad hazırda şübhə doğurur.

62 yaşlı Straus-Kahn New York hotelində işləyən xidmətçi qadına seksual təcavüzdə ittiham olunaraq həbs edilmişdi. Bundan sonra o, BVF-nun prezidentliyindən istefa verdi.

Straus-Kahn bu ilin mayında New York hava limanında saxlanmışdı. O gecəsi 3 min dollar olan dağ hotellərindən birində çalışan 32 yaşlı qadını zorlamağa cəhddə ittiham olunur. Amma o ittihamı rədd edir.

Strauss Kahn gələn ilin aprelində Fransada keçiriləcək prezident seçkisində Sosialist partiyasından mümkün namizəd hesab olunurdu.

XS
SM
MD
LG