Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Strauss-Kahn girovsuz azad olundu


Nyu York məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Strauss-Kahnı girovsuz azad etdi.
Bununla da onun ev dustaqlığına son qoyuldu.

Strauss-Kahnın verdiyi 1 milyon dollar girov və 5 milyon dollarlıq istiqrazlar onun özünə qaytarılır.

Bu günki məhkəmə Strauss-Kahnın girov şərtlərinin dəyişdirilməsi məsələsinə baxırdı.
Növbəti məhkəmə iclası iyulun 18-də olacaq.
Prokurorlar deyiblər ki, Straus-Kahnı seksual təcavüzdə günahlandıran qadının özünə etimad hazırda şübhə doğurur.

62 yaşlı Straus-Kahn Nyu York hotelində işləyən xidmətçi qadına seksual təcavüzdə ittiham olunaraq həbs olunmuşdu. Bundan sonra o, BVF-nun prezidentliyindən istefa verdi.
XS
SM
MD
LG