Keçid linkləri

2025, 15 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:33

Çingiz Abdullayevin “İnsan ovu” romanı - Azərbaycan dilində!


"Qanun" nəışriyyatında "Çingiz Abdullayevin bütün əsərləri" seriyasından ikinci kitab işıq üzü görüb.

Tanınmış detektiv yazarının “İnsan ovu” romanı iki super­dövlət rəhbərləri – Qorbaçov-Reyqan-Buş – arasında 1988-ci ildə keçirilən tarixi görüşə hazırlanan sui-qəsd və onun qarşısının alınmasından bəhs edir.

Bu siyasi-detektivdə müəllifin digər əsərlərindən tanıdığınız Dronqonun növbəti şücaətləri əksini tapıb.

Roman real və məxfi informasiyalar üstündə qu­rulan kəskin, dramatik süjetə malikdir.

Ruscadan tərcümə Natiq Səfərovundur.

Çingiz Abdullayevin əsərlərinin Azərbaycanda nəşri və yayımı hüququ "Qanun" və "Əli və Nino" nəşriyyatlarına məxsusdur.

qanun.az
XS
SM
MD
LG