Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Lisenziya və sertifikatlar elektron formada veriləcək

Sənəd dövriyyəsindən elektron sistemə keçid ildə üç ton kağıza qənaət etməyə imkan verəcək
Sənəd dövriyyəsindən elektron sistemə keçid ildə üç ton kağıza qənaət etməyə imkan verəcək
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi elektron formada lisenziya və sertifikatların verilməsinə başlayacaq.

Bu barədə nazir müavini Sevinc Həsənova bildirib.

«İdarəmizdə artıq elektron xidmətlərin tətbiqi üzrə işlərə başlanılıb. Nazirlikdəki bütün işlər mərhələli şəkildə elektron formaya keçəcək», - S. Həsənova deyib.

Nazir müavininin fikrincə, İKT-nin tətbiqi bürokratik maneələri aradan qaldıracaq, şəffaflığı artıracaq, bu və ya digər xidmətin göstərilməsi prosesində vaxta qənaət edəcək:

«Sənəd dövriyyəsindən elektron sistemə keçid ildə üç ton kağıza qənaət etməyə imkan verəcək. Nəticədə bu, ölkənin ekoloji təhlükəsizliyini təmin edəcək». / Trend /
This item is part of
XS
SM
MD
LG