Keçid linkləri

2026, 18 Aprel, şənbə, Bakı vaxtı 23:15

Vaqif Səmədoğlu. Bu yorğunluq nəyə bənddir?

Bu yorğunluq nəyə bənddir?
Ömrə-günə niyə bənddir?
Bir yalquzaq laylasıyla
Qar altında yatan kənddir,
Bu yorğunluq nəyə bənddir?

Yağış yerə yetə bilmir,
Külək tozu ötə bilmir.
Ömür zalım bitə bilmir,
Ölüm, yaman yordum səni,
Orda-burda vurdum səni,
Qaça-qaça, addım-addım
Ölüm, səni çox yaşadım...

1984
XS
SM
MD
LG