Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 10:47

Vaqif Səmədoğlu. Biz yox, Allah inanmır bizə...


Biz yox,

Allah inanmır bizə...

İnanmır əlimiz qana batanda,

insan insana daş atanda.

Ancaq göy üzü

uşaq təbəssümü kimi görünəndə gözə,

insan "Dünya gözəldir" deyəndə

üzünü tutub dənizə.

biz yox,

Allah inanır bizə.

1983

Günün bütün mövzuları

XS
SM
MD
LG