Keçid linkləri

2026, 17 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Vaqif Səmədoğlu. Əlimi uzatdım...

Əlimi uzatdım

sevincə sarı,

Gördüm yox,

arada kədər dayanıb.

Atamı səslədim

köməyə gəlsin,

Gördüm yox,

arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm yox,

arada ömür dayanıb...

1980
XS
SM
MD
LG