Keçid linkləri

2026, 21 İyun, bazar, Bakı vaxtı 16:11

Vaqif Səmədoğlu. Doğuldum 1939-da...

Doğuldum 1939-da,

1937-də tutuldum.

48-də nənəm öldü,

ömrümdə ilk dəfə

ölüyə ağladım.

Balıqlar saxladım

akvariumda.

Açıq qaldı pəncərəm

bir qış gecəsi.

Dondu balıqlar...

İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm.

1965
XS
SM
MD
LG