Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 10:01

Avropa Birliyinə sədrlik Polşaya keçdi


İyulun 1-dən Avropa Birliyinə sədrlik Polşaya keçir. Bununla əlaqədar Varşavada təntənəli mərasim keçiriləcək. Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso və Avropa Şurası prezidenti Herman van Rompuyun da tədbirdə iştirakı gözlənilir.

Polşa Avropa Birliyinə daxil olan ən böyük keçmiş kommunist ölkəsidir. 6 aylıq sədrliyi dövründə qarşısına vahid bazar məkanının gücləndirilməsi və Avropa Birliyi institutlarına etimadı bərpa etməyi məqsəd qoyub. Polşa həmçinin Balkan yarımadasının qərb hissəsinin Avropa Birliyinə qoşulmasının tərəfdarıdır.

Polşanın Xarici İşlər naziri Radoslaw Sikorski bildirib ki, onlar «kollektiv layihələrə inamı bərpa etmək» istəyir.

Polşa Xorvatiyanın birliyə üzvlüyünün tamamlanması, Serbiya ilə bu sahədə danışıqlara başlanması planlarından əlavə blok daxilində enerji və hərbi əməkdaşlığı genişləndirməyi təbliğ etmək niyyətindədir.

Polşadan əvvəl Avropa Birliyinə Litva sədrlik edirdi.
XS
SM
MD
LG