Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Köçkünlərin yaşadığı yataqxananın 3-cü mərtəbəsi uçub


Arxiv şəkil
Arxiv şəkil
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş uçqunda 5 nəfər yaralanıb.

Xəsarət alanlar arasında azyaşlılar da var.

Bu barədə APA agentliyi Xətai Rayon Polis İdarəsinə istinadla xəbər verir.

Hadisə bu gün saat 17.30 radələrində Gəncə prospekti, 17 ünvanında qeydə alınıb.

9 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsi uçub.

Yaralılardan 3-ü ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə götürülüb.

Polisin məlumatına görə, bina qəzalı vəziyyətdəymiş.
Faktla bağlı araşdırma gedir.
XS
SM
MD
LG