Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

Dondurma bazarında yoxlamalara başlanılıb


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda dondurma istehsal edən müəssislərdə yoxlamalara başalayıb. Nazirliyin yaydığı məlumata görə "Qranit" firmasına məxsus istehsal müəssisəsində aparılan yoxlama zamanı laborator müayinədən keçirilmədən satılan dondurmaların etiketlərində yazılanlarla dondurmanın tərkibində uyğunsuzluq aşkarlanıb.

Bundan başqa, müəssisənin anbarında dondurmaların qablaşdırılmasında istifadə olunan, üzərində məhsulun qida və enerji dəyəri, eləcə də yağlılığı resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş etiket və falqa örtükləri aşkar olunub.

Qanun pozuntuları və yoxlama zamanı aşkar edilmiş 2 tondan çox dondurmanın satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması ilə bağlı "Qranit" firmasına göstəriş verilib.
XS
SM
MD
LG