Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Mintac Elsevər Çılpaq və günahsız...


Çılpaq və günahsız...

O dünyaya necə gəlmişdisə
elə də getdi -
çılpaq və günahsız...
Kimsə onu sevmədi
o da kimsəni.
Kimsə ona yavrum,
kimsə ona sevgilim,
kimsə anam demədi.
o da həmçinin...
Eləcə sevgisiz, nifrətsiz,
həyəcansız doğuldu.
Sonra da
çılpaq və günahsız öldü...
Ləkəli bir mələk gətirmişdi
onu dünyaya.
Qaranlıq bir tində,
kədər içində.
İndi,
bir mələk qocalır kədər içində,
O həyatın içində,
həyat onun çölündə...


Heyranlıq..?

Heyranam sizlərə dünya kəsləri..!
Heyranam sizdəki net qəddarlığa.
Qosqoca kədəri heçə sayaraq
sapsarı bayramlar qurmağınıza.

Sizə çatdırıram heyranlığımı,
Heyranam sizdəki dönük üzlərə.
Heyranam kədərdən gül bağlayaraq,
pəmbə ovuclara təqdimatnıza...

İnanın heyranam fitrətinizə..!
Çılpaq, aşikarə xəyanətləri,
bütün müvəqqəti ehtirasları,
sanki pak sevgi tək yaşamanıza.

Etiraf edirəm heyranlığımı,
Yazıq qəriblərin göz yaşı ilə
boyalı, naxışlı ipək şallardan
Çürük vicdanlara don biçmənizə.

Heyranam sizlərə dünya kəsləri!
Heyranam qəribə heyranlığıma...


Həqiqət

Bura məskənidir xəyanətlərin
Ruhlar həqiqətçün alışır burda.
Məhv olmuş döyüşçü dəbilqəsitək
Səadət can verir xarabalıqda...

Sakitlik itaət simvolu deyil
Yəqin ki nə vaxtsa dözməyib coşar
Fəqət canlanacaq itilənmiş mil
Onu da məhv edər zalım ruzigar…

Dolar ürəklərə bəmbəyaz qarlar
Dinmək eyib gələr sərt qürurlara.
Beləcə dünyalar olar tari-mar
Çevrilər adamlar canavarlara.

2011

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG