Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 12:32

Böyük Britaniyada bir günlük tətildir

Bu gün Böyük Britaniyada dövlət sektorunda çalışanlar 24 saatlıq tətil keçirir. Onlar hökumətin təqaüd islahatları əleyhinə tətil keçirir.

Məktəblərin çoxu bağlıdır. Tətildə aeroportların miqrasiya xidmətləri əməkdaşları iştirak etdiyindən aviareyslərin çoxunun təxirə salınacağı gözlənilir.

Hökumətin islahatlarında təqaüd yaşının 60-dan 66-a qaldırılması və təqaüd məbləğinin azaldılması nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG