Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

Vaqif Cavadov Rusiya komandasına keçib


Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

22 yaşlı hücumçu Premyer Liqaya bu il çıxmış «Volqa» komandası ilə müqavilə imzalayıb. Klubun prezidenti Aleksey Qoyxman Cavadovu transfer etdiklərini rəsmən açıqlayıb.

Qeyd edək ki, uzun müddət Moskvada yaşayan Vaqif futbolda ilk addımlarını Rusiyada atıb. O, 2007-ci ildə vətənə dönənə kimi, Moskva SSKA-sının əvəzedicilərində çıxış edib.

V. Cavadov debüt etmədiyi «Tvente»yə qədər «Qarabağ»da, ötən mövsüm isə icarə əsasında «Bakı»da oynayıb. /APA/
XS
SM
MD
LG