Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:33

2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikiləcək


Prezident «Dərnəgül» stansiyasının açılışında
Prezident «Dərnəgül» stansiyasının açılışında
«Son illər ərzində şəhərimizdə metro tikintisi çox sürətlə gedir. Demək olar ki, hər il yeni stansiya açılır. İki il bundan əvvəl biz metronun «Azadlıq prospekti» stansiyasının açılışını qeyd etmişik. «Dərnəgül» stansiyası artıq görülən o işlərin məntiqi davamıdır. 2008-ci ildə «Nəsimi» stansiyası tikilib. Növbəti illər ərzində yeni stansiyaların tikintisi də nəzərdə tutulur».

Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Bakı Metropoliteninin «Dərnəgül» stansiyasının açılışında etdiyi çıxışda belə deyib.

O qeyd edib ki, qəbul edilmiş proqrama uyğun olaraq, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir:

«Dərnəgül» stansiyası
«Çox böyük proqramdır. Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik.

2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaqdır. Sadəcə olaraq, bu proqramı biz hissələrə böldük ki, daha da real, konkret və qısamüddətli olsun. Ancaq metro tikintisi üzrə böyük proqram, əlavə, bəlkə onlarla stansiyanın tikintisini nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər icra edilməlidir və şəhərimizin hər bir yerində metro stansiyası tikilməlidir».

Prezident deyib ki, növbəti stansiyaların açılışı 2013-cü ildə nəzərdə tutulur. 2013-cü ildə - bir ildə iki stansiya istismara veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG