Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 22:17

Hərbi çağırışla əlaqədar Müdafiə Nazirliyində «Qaynar xətt»lər yaradılıb

Foto: Arxiv
Foto: Arxiv
Hərbi çağırışla əlaqədar Müdafiə Nazirliyində «Qaynar xətt» və «Etimad xətti» yaradılıb.

Bu barədə «APA»ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib.

Çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər «Qaynar xətt»in 538 61 10, 539 90 28, 539 23 55 telefonlarına zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə «Etimad xətti»nin 538 61 31, 538 61 74, 539 23 76 telefon nömrələrinə zəng etmələri xahiş olunur.
This item is part of
XS
SM
MD
LG