Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 20:41

Xalq rəssamı Kamil Nəcəfzadə vəfat edib


Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil
Nəcəfzadə iyunun 29-da 82 yaşında vəfat edib.

1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib.

Kamil Nəcəfzadə 1955-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb, 40-a yaxın bədii filmin tərtibatçısı olub, müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.
XS
SM
MD
LG