Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 03:20

Elnur Məcidlinin həbsi 2 ay artırıldı


Elnur Məcidli
İctimai Palatanın 2 aprel mitinqi ilə əlaqədar həbs edilən AXCP gənclər təşkilatının üzvü Elnur Məcidlinin həbs müddəti daha iki ay uzadılıb. Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı məlumat verib.

«Atasına prosesdən bir saat əvvəl xəbər veriblər, əvvəlcədən məlumatsız olub. Prosesdə vəkili iştirak edib».

Aprelin 2-də müxalifətin keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG